Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verdi - ADR-in QEYDİYYATA ALINMAMASI İLƏ BAĞLI

Müraciətə bu ay baxılacaq

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu hərəkatın dövlət qeydiyyatına alınmaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
Bu barədə Q.İbadoğlu məlumat verib.
O bildirib ki, müraciətə bu ay baxılacaq.
Qeyd edək ki, ADR-in dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə bir neçə dəfə müraciət edilsə də, nazirlik hərəkatı qeydə almaqdan imtina edib.