​"Qırmızı siyahı"ya düşmüş PKK üzvü - FOTO

Muxalifət.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi noyabrın 2-də, Şırnakda başlanan Şırnak Bestler Dereler əməliyyatının gedişində 31 terrorçunun zərərsizləşdirildiyini, onların arasında kod adı Gülbahar olan, təhlükəliliyinə görə adı Türkiyə DİN-in "qırmızı siyahı"sına salınmış Hülya Eroğlunun da olduğunu açıqlayıb.
Öldürülən Hülya Eroğlunun qırmızı siyahıya düşən terrorçular arasında Türkiyədə olan yeganə terrorçu və PKK-nın qondarma icra şurasının üzvü olduğu bildirilib.