“Qalatasaray” Çempionlar Liqasında PSJ-nin qonağı olacaq

Baxış sayı:
571

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq. Muxalifet.az saytının məlumatına görə, son oyun günündə 8 qarşılaşma keçiriləcək. A, B, C və D qruplarında mübarizəyə yekun vurulacaq. 1/8 final mərhələsinə son iki vəsiqənin də sahibi müəyyənləşəcək. C qrupunda ikinci yer üçün üç komanda mübarizə aparacaq. “Mançester Siti”ni qəbul edəcək Zaqreb “Dinamo”su digər görüşün də nəticəsini gözləyəcək. Həmin matçda “Şaxtyor” “Atalanta” ilə üz-üzə gələcək. D qrupunda isə “Bayer”lə “Atletiko” ikinci yerin sahibini qiyabi dueldə müəyyənləşdirəcək. Sonuncular evdə “Atletiko”, almaniyalılar isə “Yuventus”la ev oyununa çıxacaq. Avropa Liqasına yollanacaq 4 komanda da bu 8 qarşılaşmadan sonra bilinəcək. Qonşu Türkiyə təmsilçisi “Qalatasaray”ın da taleyinə aydınlıq gələcək. A qrupunun autsayderinin taleyi öz əlində deyil. İstanbul təmsilçisi Fransada PSJ-ni məğlub etməli, “Brügge”nin “Real”la matçıdakı xal itkisini gözləməlidir. Qeyd edək ki, VI turun oyunları dekabrın 10-da keçirilib. Çempionlar Liqası Qrup mərhələsi VI tur 11 dekabr A qrupu 00:00. “Brügge” (Belçika) - “Real” (İspaniya) 00:00. PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə)