Putindən “İdlibə əməliyyat” açıqlaması
27-04-2019 16:48
Baxış sayı:
2155

İdlibdəki son vəziyyətə dair açıqlama verən Rusiya prezidenti Vladimir Putin, "Mən əməliyyatı istisna etmirəm. Amma Suriyalı dostlarımızla birlikdə, insani vəziyyəti nəzərə alaraq bunun bu gün uyğun olmadığını düşünürük" deyib.
Kremldən verilən məlumata görə, Putin Çinin paytaxtı Pekində "Bir nəsil, Bir yol" konfransından sonra keçirdiyi mətbuat konfransında, Suriya və Ukrayna məsələləri ilə bağlı dəyərləndirmə edib.
Suriyada Konstitusiya Komitəsinin qurulmasını müxalifət qruplarının ləngitdiyini irəli sürən Putin, "Bütün müxalif qruplarla çalışacağıq. Səbrlə, təkidlə, bu komitənin yaradılması üçün səy göstərəcəyik. Çünki bu, siyasi prosesin başlanğıcı üçün əsas olaraq düşünülə bilər" deyə bildirib.
Müxalifət.az