PUTİN ABŞ-a CAVAB VERİLMƏSİNİ İSTƏDİ – Təhlükəsizlik Şurasının iclasını keçirib
23-08-2019 15:31
Baxış sayı:
4873
Rusiya prezidenti Vladmir Putin ABŞ-ın avqustun 18-də Kaliforniyadakı San Nikolas adasından nüvəsiz qitələrarası raketin sınaqdan keçirməsində görə, Təhlükəsizlik Şurasının iclasını keçirib.
Bu barədə Kremlin yaydığı açıqlamada bildirilir ki, Putin ABŞ-ın raket sınağına cavab verilməsi üçün tədbirlər görməsini əmr edib.
Putin həmçinin Təhlükəsizlik Şurasının iclasında müvafiq qurumlara ABŞ-ın sınaqdan keçirdiyi raketinin yaratdığı təhdidləri təhlil etmək üçün də tapşırıq verib.