​Prezidentin keçmiş köməkçisinə orden verildi

Baxış sayı:
35623

Prezident İlham Əliyev Vahid Əliyevə orden verilməsi ilə bağlı sərəncam imzalayıb.
Ölkə başçısının sərəncamı ilə Vahid Əli oğlu Əliyev hərbi sahədə səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, general-leytenant Vahid Əliyev 2002-2017-ci illərdə Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi olub.
Aprelin 19-da onun 50 yaşı tamam olur.