Prezident düşmənin məhv edilmiş texnikasının sayını açıqladı - "Bu qədər silah Ermənistanda hardandır " / VİDEO

Baxış sayı:
1108

"Bu günlər ərzində Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulub". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

"Məhv edilmiş Ermənistan texnikası: 234 ədəd tank məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb; piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb; özüyeriyən artilleriya qurğusu – 16 ədəd məhv edilib; müxtəlif çaplı toplar – 190; “Uraqan” sistemi – 2, TOS odsaçan – 1, əməliyyat-taktiki raket kompleksi “Elbrus” – 2, Toçka-U – 1; OSA zenit-raket kompleksi – 35; TOR zenit-raket kompleksi – 3, KUB və KRUQ zenit-raket kompleksi – 3; radio-elektrik mübarizə sistemləri – 9; S-300 zenit-raket kompleksi – 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb” -deyə Pezident İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatdan götürə bilər”, - Prezident əlavə edib.

"Ermənistanın hərbi texniki potensialını sıradan çıxarmışıq. Bu qədər silah Ermənistanda hardandır. Ermənistan bankrot ölkədir. Ölkənin xarici borcu ümumi daxili məhsulun 60-70 faizini təşkil edir. Hansı pulla bu texnika alınır. Bu vaxta kimi məhv edilmiş texnikanın sayı aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıb. Həm işğal edilmiş, həm də Ermənistan ərazisində. Sual olunur? Kim onları silahlandırır? Bizə qarşı iradlar olunur ki, biz silahlanırıq, silah alırıq və bu, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur Ermənistan silahlananda? Bəs bu kasıb, yoxsul ölkədə bu qədər silah, texnika hardandır. Bu gün də onlara qaçaq yolla silah, texnika göndərilir. Bu suallara cavab istəyirik", - Prezident bildirib.