​Prezident Administrasiyasının rəhbəri istefa verdi

Baxış sayı:
14158

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania istefa verib.
Muxalifet.az  xəbər verir ki, L.Jvania vəzifəsindən azad olunması ilə bağlı dövlət başçısı Salome Zurabişviliyə mart ayında müraciət edib. O, mayın 1-dən etibarən vəzifəsini tərk edəcək.
Qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, indiyədək Gürcüstan Patriarxlığı Fondunun rəhbəri olub.