“Pəncə” əməliyyatının hədəfi: PKK terrorçubaşıları məhv ediləcək

Baxış sayı:
7675

Türkiyədə MİT və TSQ koordinasiyasında həyata keçirilən “Pəncə” Hava Hərəkatı PKK-ya ağır zərbə endirir. PKK-nın öndə gələn adamlarından olan Rza Altun və qrupunun vurulması təşkilatın Avropa ilə əlaqəsi kəsilərkən, dağ heyətini də qorxu bürüdü. Hədəfdə Karayılan, Bayık və Duran Qalxan kimi terrorçubaşıları olan hərəkat, bütün rəhbər heyət təmizlənını qədər davam edəcək.
 
Türkiyənin 2017-dən etibarən profilaktik mübarizə konsepsiyasını dövriyyəyə buraxmasından sonra ölkə daxilində terrorizmlə mübarizədə mühüm nailiyyət əldə edilib. Bu çərçivədə qırmızı və boz siyahıda axtarılan ölkə daxilindəki terrorçubaşları bir-bir zərərsizləşdirilib, daha sonra da sərhədin o tərəfinə keçilib. İraqın şimalında 16 yeni baza yaradılıb ki, bununla hərəkət meydanı daralan PKK-lı terrorçuları Qəndil ilə Sincar arasında sıxışdırıb.
 
BAŞLARINI ÇIXARA BİLMİRLƏR
 
 Ölkə içi və İraqın şimalında aparılan mübarizə ilə PKK ağır itkilər verib, təşkilata qoşulanlar da xeyli azalıb. PKK-dan qaçışlar əhəmiyyətli dərəcədə artıb, təşkilat maddi-texniki dəstəkdə çətinə düşüb. Türkiyə İraq sərhədi boyu terror düşərgələrini yerlə bir edərkən, terrorçubaşları üçün də Qəndil etibarlı liman olmaqdan çıxıb. Milli insansız hava vasitələrinin köməyi ilə mağaralardan çıxan hər bir terrorçu nöqtə əməliyyatlarının hədəfi olur.
 
İLK ZƏRBƏ 21 MARTDA VURULDU
 
 Lider ovunun terrorla mübarizədəki uğuru artırması ilə başda Qəndil bölgəsi olmaqla, İraqın şimalı, daxili və lazım olanda Suriyanın şimalını da əhatə edəcək şəkildə “Pəncə” Hava Hərəkatı başlanıb. MİT və TSQ koordinasiyasında aparılan hərəkat çərçivəsində, 21 martda terrorçu başçılarının sağ qolları və lider kadrları kimi tanınan 4 terrorçu Qəndil əməliyyatı ilə vurulub.
 
KARAYILAN VƏ BAYIK HƏDƏFDƏ
 
 30 martda yenə dəyərli kəşfiyyat dəstəyi ilə İraqın şimalında terrorçu ünsürlərə təsirli hava hərəkatı təşkil olunub. “Pəncə” Hava Hərəkatının hədəfində Murad Karayılan, Cəmil Bayık və Duran Qalxan kimi terrorçubaşları var. Hərəkat çərçivəsində Şimali İraqdakı terrorçuların Suriyanın şimalına keçmədən məhv edilməsi planlaşdırılır. Bu istiqamətdə “Pəncə” Hava Hərəkatı profilaktik mübarizə konsepsiyası çərçivəsində terrorçulara endirilmiş ən ağır zərbə olacaq.
 
MƏNBƏ KƏSİLDİ
 
 “Pəncə” əməliyyatı çərçivəsində 21 martda PKK-nın terrorçubaşlarından olan Rza Altunu daşıyan maşın vurulmuşdu. Əməliyyatda təşkilatın Avropa başda olmaqla, xarici kəşfiyyatını təmin edən və Qərbdən gələn maddi dəstəyi Qəndilə daşıyan terrorçular öldürülmüşdü. Əməliyyatdan ağır yaralı xilas olan PKK-lı Altun da təqib olunur. Mənbələr bu əməliyyatın terrorçulara lojistia və maliyyə dəstəyini də ləngitdiyi məlumatını verib.
Müxalifət.az