PKK/YPG terrorçuları PENTAQONDA PARÇALANMA YARADIB

Baxış sayı:
6403

ABŞ-ın Avropa Qüvvələri Komandanı Scaparottinin müdafiə naziri Mattisə “Amerikanın YPG ilə tərəfdaşlığı NATO alyansının birliyini təhlükəyə atır” dediyi ortaya çıxıb.
 
Scarapotti və digər bəzi komandirlərin Türkiyə ilə uzunmüddətli strateji tərəfdaşlığa malik olduqları üçün Suriyadakı indiki siyasəti nəzərdən keçirmələri lazım olduğunu müdafiə naziri Mattisə çatdırdıqları bildirilir.
ABŞ-ın Avropa qüvvələri komandanı, PKK-nın Suriyadakı qolu olan YPG-yə yardım edilməsinin Ankaranı uzaqlaşdırdığını deyib.
 
"NATO-nun gələcəyi təhlükə altındadır"
 
General Kortis Scaparotti müdafiə naziri Mattisi xəbərdarlıq edib ki, əgər YPG-yə dəstəyimiz davam edərsə, NATO-nun gələcəyi təhlükə altında olacaq və ittifaq son 50 ildəki ən böyük böhranla üzləşəcək.
Scaparotti, Mattis və CENTCOM komandanı general Votelə Türkiyə ilə ABŞ arasındakı münaqişənin Rusiyanın işinə yaradığını da bildirib və S-400 raketləri məsələsinin ABŞ ordusu üçün çətinlik yaratdığını vurğulayıb.
Amerika mətbuatında CENTCOM Komandanı Votelin məsələyə yalnız hərbi nöqteyi-nəzərdən baxdığı və uzunmüddətli strateji maraqları qulaqardına vurduğu şərhləri edilir.
Müxalifət.az