​Paytaxtın iki rayonu susuz qaldı

Bakı şəhərində 500 mm-lik magistral su kəmərində qəza baş verib. 
Bu barədə Muxalifet.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
O qeyd edib ki, baş vermiş hadisə ilə əlaqədar paytaxtın Nəsimi və Nərimanov rayonlarının su ilə təchizatında fasilə yaranıb. 
Problemin yaxın saatlarda aradan qaldırılacağı bildirilir.