Pakistandan İrana “terror” çağırışı

Baxış sayı:
11983

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qüreyşi cümə günü Ormarada 14 nəfərin həyatını itirdiyi hücumu həyata keçirən terrorçuların İran ərazisində olduğunu bildirərək İrana sərhədləri içərisindəki terrorçulara qarşı hərəkətə keçməsinə çağırıb.
 
 Pakistandan yayımlanan “Geo TV”-nin xəbərinə görə, paytaxt İslamabadda keçirdiyi mətbuat konfransında açıqlama verən Qüreyşi, təcavüzü üzərinə götürən Beluçistan Qurtuluş Cəbhəsi (BRAD) adlı təşkilatın İran ərazisində təlim və maddi-texniki bazaları olduğunu ifadə edib.
 
Pakistan İranın hərəkətə keçməsini gözləyir
 
 Qureyşi, “Bu nöqtələri müəyyənləşdirdik. Pakistan İran ərazisindəki terror qruplarına qarşı İranın hərəkətə keçməsini gözləyir" deyib.
Pakistanın terror hadisələrinin qarşısını almaq üçün İran sərhədində 950 kilometr uzunluğunda məftil çəpər çəkəcəyini bildirən Qüreyşi, Belucistan əyalətinin Turbat bölgəsində də cənub komandanlığı qüvvələrinin qurulduğunu ifadə edib.
 
Cümə günü hücum təşkil olunub
 
 Belucistan əyalətində silahlı təcavüzkarlar cümə günü Karaçi şəhəri ilə Gwadar Limanı arasındakı yolda bir neçə sərnişin avtobusunu dayandırdıqdan sonra 14 nəfəri öldürmüşdü.
Hücumun məsuliyyətini üç Beluç təşkilatının yaratdığı BRAD üzərinə götürmüşdü.
Müxalifət.az