Onlar erməni məsələsi ilə bağlı qərar verməlidir - Türkiyə

Baxış sayı:
12483

Tarixçilər erməni məsələsində qərar verməlidir. Muxalifet.az "24News.ge" saytına istinadla xəbər verir ki, bu sözləri AKP sözçüsü Ömər Çelik bildirib. "Müttəfiqlər arasında sanksiya danışıq dili olmamalıdır. Daha çox diplomatik inkişafa diqqət yetirilməlidir. Əks təqdirdə bu vəziyyət münasibətlərə zərər verəcəkdir", - Çelik söyləyib. Qeyd edək ki, “erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində demokrat Robert Menendez tərəfindən təklif edilmişdi. Türkiyə Prezidenti Tayyib Ərdoğan çərşənbə günü Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatasının Osmanlı İmperiyasında "erməni soyqırımı"nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını diqqətə çatdırmışdı. Muxalifet.az