​Nyu-York – Bakı reysi yubanır

Baxış sayı:
4436

Nyu-Yorkda əlverişsiz hava şəraiti və Con Kennedi Beynəlxalq Aeroportunda (JFK) yerüstü hava limanı xidmətlərində ləngimə ilə əlaqədar olaraq, J2-101 Bakı-Nyu-York reysini yerinə yetirən AZAL aviaşirkətinə məxsus təyyarə hazırda hava limanının perronunda dayanır və sərnişinlərin enməsi üçün mövcud qapı gözləyir.
Muxalifet.az xəbər verir ki, bu barədə aviaşirkət “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
Yaranmış vəziyyət ilə əlaqədar olaraq, J2-102 Nyu-York-Bakı əks reysi də yubanır.
Uzun yubanmalar olduğu təqdirdə aviaşirkətin qaydalarına uyğun olaraq sərnişinlərin bütün lazımi ehtiyacları təmin olunacaq.