​Türkiyə Qəndilə hücuma hazırlaşır

Baxış sayı:
2224

Türkiyə PKK terror təşkilatının əsas yuvası olan Qəndilə girməyə hazırlaşır.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Soylu bildirib ki, yaxın zamanda Qəndilə əməliyyat keçiriləcək.
“Konkret vaxtı açıqlamıram. Biz əvvəlcə gəlirik deyəndə terrorçular oradan qaçdılar. Qəndil bizim üçün bir həbdir, sadəcə zaman var. Orada PKK-çılar var və onları məhv etmək bizim işimizdir”, - deyə o bildirib./Publika