Trampın kürəkəni Kuşner Səudiyyə vəliəhdi ilə görüşüb

Baxış sayı:
2257

 Səudiyyə Ərəbistanında həbsdə olan Səudiyyə vaizi Salman Əl Avdanın oğlu tədqiqatçı-yazıçı Abdulla, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın İngiltərədə Trampın kürəkəni Jared Kuşner ilə gizlicə görüşdüyünü deyib.
 
Səudiyyə vəliəhd şahzadəsi bin Salman siyasətlərini həyata keçirmək üçün ABŞ-lı hökumət rəsmiləri, xüsusilə də Trampın müşaviri və kürəkəni Jared Kuşner ilə yaxın əlaqələrini istifadə etdiyini bildirən Səudiyyəli tədqiqatçı Abdulla, Kuşnerin 2017-nin oktyabr ayında İngiltərəni gizlicə ziyarət edərək şahzadə bin Salman ilə bir araya gəldiyini söyləyib.
Tədqiqatçı-yazıçı Abdullah bu görüşdən sonra Səudiyyə vəliəhd şahzadənin ölkəsində şahzadələr, iş adamları, elm adamları və digərlərinin korrupsiyaya qarşı mübarizə adı altında həbs kampaniyası başladığını bildirib.
Abdullah El-Avda Səudiyyə Ərəbistanında müxaliflərə qarşı başlanılan həbs kampaniyasından bir il sonra Trampın kürəkəni Jared Kuşnerin jurnalist Camal Qaşıqçı qətlindən sonra bütün dünyanın təpkisinə baxmayaraq Səudiyyə vəliəhd şahzadəsi bin Salman ilə təmas qurduğunu söyləyib.
Abdullah El-Avda Kuşner ilə vəliəhd şahzadə bin Salmanın ortaq maraqları olduğunu qeyd edərək Kuşnerin isə bu əlaqəni ABŞ-ın Yaxın Şərqdəki sülh planını inkişaf etdirmək üçün istifadə etdiyini söyləyib.
Müxalifət.az