Rusiyada təyyarə düşdü: Ölənlər var
27-04-2019 15:11
Baxış sayı:
2212

Rusiyanın Xabarovsk Bölgəsində baş verən təyyarə qəzasında 2 nəfər həyatını itirib.
Səlahiyyətli şəxslər tərəfindən edilən açıqlamada, "YAK-18” tipli təyyarənin Xabarovsk Bölgəsindəki Kalinka hava limanında düşməsi nəticəsində 2 nəfər həyatını itirmişdir" deyə bildirilib.
Ölənlərdən birinin Rusiya Şərq Hava Yolları Federasiyasının prezidenti Vladimir Levşinin olduğu müəyyən edilib. Bölgəyə sövq edilən mütəxəssislər təyyarənin düşmə səbəbi olaraq pilot səhvi, təyyarədə yaranan texniki bir qəza və mənfi hava şərtləri ehtimalları üzərində dayanır.
Müxalifət.az