ABŞ-dan “Venesuela” həmləsi

Baxış sayı:
2104

 ABŞ Venesuelanın Xarici İşlər naziri Jorge Alberto Arreaza ilə birinci xüsusi səlahiyyətli məhkəmənin hakimi Carol Bealexis Padilla de Arreturetanı sanksiya siyahısına alıb.
 
ABŞ Xəzinə Nazirliyi Xarici Varlıqları Nəzarət Ofisi (OFAC) Venesuela Xarici İşlər naziri Jorge Alberto Arreaza ilə birinci xüsusi səlahiyyətli məhkəmənin hakimi Carol Bealexis Padilla de Arreturetanı sanksiya siyahısına saldığını açıqlayıb.
OFAC-dan edilən yazılı açıqlamada, "Bu gün atılan addımın nəticəsi olaraq bu şəxslərə aid və bu şəxslərin birbaşa və ya dolayı olaraq 50 faizindən çoxuna sahib olduqları qurumlara aid ABŞ-dakı və ya ABŞ vətəndaşlarının öhdəsində olan bütün mal varlığı və bu varlıqlardan doğan mənfəətlər dondurulmuşdur" deyə qeyd edilib.
 ABŞ vətəndaşlarının və ya ABŞ qanunlarına tabe təşkilatların sözügedən şəxslərlə hər hansı bir biznes qurmasının qadağan olunduğu bildirilən açıqlamada, ABŞ sanksiyalarının bu mərhələdə qalıcı olmadığı və Venesuela hökumətinin mövqeyini müsbət istiqamətdə dəyişməsinə yönəlik olduğu qeyd edilib.
 
Seyirçi qalmayacağıq
 
 Açıqlamada, dəyərləndirmələrinə yer verilən ABŞ-ın Xəzinə naziri Stiven Mnuçin, “ABŞ qanuni olmayan Maduro rejiminin Venesuela xalqını sərvətlərindən, humanizmindən və demokratiya haqlarından məhrum etməsinə seyrçi qalmayacağıq” deyib.
 Xəzinə Nazirliyinin Venesuela prezidenti Nikolas Maduro rəhbərliyindəki şəxsləri hədəf almağa davam edəcəyini qeyd edən Mnuçin, "Rəhbərlik Venesuela xalqının və Venesuelanın faciəli süqutunda məsul olan vəzifəlilərdən hesab sorma məsələsində qərarlı olan beynəlxalq koalisiyanın yanındadır" deyə bildirib.
Müxalifət.az