Trampın Bayden qorxusu: Birdən məğlub olsaq?..
26-04-2019 22:06
Baxış sayı:
14419

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokratların namizədi Co Baydenə məğlub olmaqdan qorxur.
Muxalifet.az sputnik-ə istinadən xəbər verir ki, Trampın müşavirlərinə prezident seçkilərində məğlub olmaqdan qorxduğunu dediyi iddia edilib.
Tramp müşavirlərinə "Birdən Baydenə məğlub olsaq?", - dediyi bildirilib.
Bundan əlavə, Tramp C. Baydeni vaxtilə Obamanın yanına çəkməsindən də danışıb:
"Bayden 3-cü dəfə yarışacaq. Heç vaxt 1 faizdən artıq səs toplamayıb. Obama onu zibil qutusundan çəkib çıxartdı və bunu etməsi hər kəsi şoka salmışdı".