“Bakı yaxın illərdə namizəd olmayacaq” – Azad Rəhimov

Baxış sayı:
12973

Bakı qarşıdakı illərdə Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli sürməyəcək.

ONA-nın “RİA-Novosti” agentliyinə istinadən məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıqlayıb.

O bildirib ki, 2016 və 2020-ci illərdə keçirilən Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizəd olan Azərbaycan növbəti cəhdi planlaşdırmır.
“2016 və 2020-ci illərdə bizim iki cəhdimiz olub. Biz bütün yolu qət etmişik, lakin sonda qısa siyahıya düşməmişik. Bizim əsas problemimiz idman obyektləridir. Yaxın gələcəkdə Bakının namizədliyinin verilməsi ilə bağlı planlarımız yoxdur”, – deyə nazir vurğulayıb.