“Neftçilər” xəstəxanasına yeni baş direktor təyin edildi
25-04-2019 12:33
Baxış sayı:
8899
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub.
Muxalifet.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, yeni direktor Nadir Mehdiyevdir. O, bundan əvvəl xəstəxanada direktor müavini vəzifəsində işləyib.
Xəbəri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova təsdiqləyib.
Qeyd edək ki, son illərdə xəstəxananın baş direktoru iki dəfə dəyişib.
Ülvi Mehdiyevin baş direktor vəızifəsindən getmə xəbərini ilk olaraq dünən Medicina.az saytı yayıb.