Türkiyəyə qarşı şər ittifaqı yaratdılar!

Baxış sayı:
7768

 Sözdə erməni soyqırımının ildönümü qəbul edilən 24 apreldə Suriyanın Rojava bölgəsində terror təşkilatı PKK/YPG-yə bağlı bir erməni batalyonunun yarandığı qeyd olunub.
 
Terror təşkilatının çətiri altında bir araya gələn erməni terror təşkilatı döyüşçülərinin hamısının 1915-də deportasiya edilən ailələrin yaxınlarından ibarət olduğu irəli sürülüb.
Qadın terrorçuların də yer aldığı batalyona İŞİD-a qarşı döyüşərkən həyatını itirən TKP/ML TİKKO-nun döyüşçüsü Nubar Ozanyanın (Orxan Bakırcıyan) adının verildiyi qeyd olunub.
“Milliyyət” qəzetinin verdiyi xəbərə görə, təşkilat mərkəzindən yayımlanan görüntülərdə, divarlara sözdə erməni soyqırımını təmsil edən "məni unutma çiçəyi" fiqurları çəkildiyi, terror təşkilatının qurucu tərkibində 50 nəfərin olduğu məlumatı paylaşılıb.
 Təşkilatın yaydığı fotoşəkillərdə, Rojova ərazisindəki qərargahda Ermənistan bayraqlarının asıldığı diqqətdən yayınmayıb. Ayrıca Şanlıurfadan Rojovaya köç edən "Tamara Kasapyan" adlı qadın terrorçunun görüntüləri də ilk dəfə görüntülənib.
Terror təşkilatının qərargahı kimi istifadə etdiyi evin divarlarına Daşnak, Hnçak təşkilat liderləri, öldürülən ASALA döyüşçüləri ilə PKK terrorçubaşı Abdullah Öcalanın fotoları asılıb.
Müxalifət.az