Türk general HDP-li bələdiyyə sədrinə salam vermədi: PKK/HDP-linin əli havada qaldı

Baxış sayı:
12604

 Türkiyənin Qars şəhərində keçirilən 23 aprel tədbirlərində, 14-ci Mexaniki Piyada Briqada komandiri general-mayor Azad Nuhut HDP-li Bələdiyyə sədri Ayxan Bilgənin salamını almayaraq əlini havada saxlayıb.
 
Tədbir başlamazdan əvvəl 14-ci Mexaniki Piyada Briqada komandiri general-mayor Azad Nuhut protokol qonaqlarından HDP-li Qars Bələdiyyəsinin həmsədrləri Ayxan Bilgənin və Şevin Alacanın əl vermə istəyini geri çevirib.
Əlləri havada qalan həmsədrlər və Məclis üzvləri digər şəxslərlə əl görüşdükdən sonra yerlərinə oturararak tamaşaları izləyib.
Müxalifət.az