​Yeni peyvənd növü tətbiq edildi: 2 yaşına qədər uşaqlara...

Baxış sayı:
12094

Dünyanın bir çox bölgəsində hər il yüzminlərlə insanın ölümünə yol açan malyariya xəstəliyinə qarşı düzəldilən peyvənd istifadə olunmağa başlanıb.
Peyvənd tarixdə ilk dəfə Afrika ölkəsi Malavidə tətbiq edilib.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi açıqlamada malyariya xəstəliyinə qarşı sınaq proqramının Malavidə başladıldığını və gələcəkdə Qana, Keniya kimi ölkələrdə də tətbiq ediləcəyi bildirilirb.
"RTS,S" adı qoyulan və 2 yaşına qədər uşaqlara tətbiq olunan peyvənd 30 illik tibbi çalışmanın nəticəsidir. Kliniki testlərdə peyvəndin 10 malyariya xəstəliyindən 4-nün qarşısını aldığı isbatlanıb.
Hər il dünyada təxminən, 435 min insan malyariya xəstəliyinin qurbanı olur. Bu xəstəliyə ən çox 5 yaşdan kiçik uşaqlar yoluxur. Xəstəliyin ən geniş miqyasına Afrikada rast gəlinir. Malyariyanın simptomları qızdırma, titrətmə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı, halsızlıqdır./Publika