Türkiyəyə qarşı bir təxribat da S. Ərəbistanından

Baxış sayı:
9721

Camal Qaşıqçı cinayətini ifşa edən Türkiyəyə yönəlik nifrətini davam edən ABŞ kuklası Səudiyyə Ərəbistanı və BƏƏ yeni bir “deziformasiya” əməliyyatına başlayıb. Camal Qaşıqçı cinayətində ifşa olunca dəliyə dönən Səudiyyə hakimiyyəti yeni Türkiyəyə qarşı yeni ictimai rəy yaratma əməliyyatını başladaraq Türkiyədə 1006 Səudiyyəlinin itkin düşdüyü yalanını ortaya atıb. Səudiyyənin “Riyad” qəzeti bu düşməncə təbliğat xəbərini dərc edəndən sonra Twitterdə kampaniya başladan Səudiyyəlilər Türkiyəni günahlandırıb. Qətərli jurnalist Cabir əl-Hərəmi başladılan təbliğat əməliyyatına təpki göstərib və Camal Qaşıqçı cinayətinə işarə edərək: "Türkiyədə Səudiyyə Ərəbistanı konsulluğundan başqa ziyarətçidən heç bir əsər-əlamət qalmayacaq başqa bir məkan yoxdur" deyə açıqlama verib. "Niyə Riyad rəhbərliyi itkin düşən Səudiyyəlilər üçün hərəkətə keçmir”? Səudiyyənin “Riyad” qəzetinin atdığı iftiraya təpki göstərən jurnalist Halil Çelik "Səudiyyə qəzeti Riyada görə, Türkiyədə 1006 Səudiyyəli turist itkin düşüb. Bəzi Səudiyyə turizm agentlikləri Türkiyəni səyahət siyahılarından çıxarmışlar. Bu qədər Səudiyyəli itkindirsə, niyə Riyad rəhbərliyi hərəkətə keçmir, deyə sual olunmazmı” deyə təpki göstərib. Müxalifət.az