Sudandakı çevrilişdə ABŞ barmağı: General Avf Misirin çevrilişçi generalı Sisinin sinif yoldaşı çıxdı

Baxış sayı:
11086

 ABŞ-ın kuklaları vasitəsilə hərbi çevriliş etdiyi Sudandakı prosesləri dəyərləndirən Türkiyə Polis Akademiyasının üzvü Səlim Öztürk, "Sudanda hakimiyyətə əl qoyan Müdafiə naziri Avf Sisi ilə Qahirədəki hərbi akademiyada tələbə yoldaşı olublar. Sisi ilə yanaşı, Misirdəki hərbi çevrilişə dəstək verən İsrail, Səudiyyə və BƏƏ də yenə çevrilişdə rol oynadı" deyib.
 
Sudanda çörəyin qiymətinin qalxmasını fürsət bilib, fitnə-fəsadla xalqı küçəyə tökən sionistlər və Amerika, regionu öz istəklərinə uyğun dizayn etməyə davam edir. ABŞ və Sionist imperiyalistlərinin yönəltməsi  ilə hərbi çevriliş edilən Sudan ilə bağlı prosesləri dəyərləndirən Polis Akademiyası Təhlükəsizlik Elmləri İnstitutunun professoru Səlim Öztürk, "Sudanda hakimiyyətə əl qoyan Müdafiə Naziri Avad bin Avfın Qahirənin hərbi akademiyasında oxuması, eləcə də çevrilişçi Sisinin və digər Misirli generalların də sinif yoldaşı olması diqqətləri cəlb edir. Bu vəziyyət  Sudandakı çevrilişin arxasında Sisinin ola biləxəyi sualını ağıllara gətirir. Avfın tezliklə istefa etməsi, yerini alan general-polkovnik Abdul Fattah Abdulrahmanın da eyni məktəbdən olduğu məlumdur. Sisinin Misirdəki 2013-ci ildə dövlət çevrilişinin arxasında da Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) olduğunu düşünsək, Sudandakı bu ordu cəhdinin arxasında da eyni xəttin (Səudiyyə-BƏƏ) olduğu fərq edilir. Sudanda Ömər əl Bəşir ilə birlikdə Müsəlman Qardaşlar üzvlərinin də həbs olunduğu və ev həbsində tutulduğu məlumdur. Habelə çevrilişdə əli olan digər bir şəxs də Sudan kəşfiyyatının rəisi Saleh Abdullah həm MKİ, həm də BƏƏ ilə yaxın münasibətlərinin olduğu yazılıb" deyib.
 
Hər çevrilişin arxasında onlar var
 
 Səlim Öztürk, "Afrika qitəsində baş verən üç mühüm hadisədə hərbi çevrilişlər yolu ilə Səudiyyə-BƏƏ xəttinin, təbii ki, arxasında İsrail və ABŞ dəstəyinin, regionda yeni bir dizayn etmə cəhdlərinin olduğunu görürük. Bunun üçün tədbir almaq məqsədilə Səudiyyə Ərəbistanı və BƏƏ ordunun içərisində təmas halında olduqları aktyorlar vasitəsilə çevriliş mexanizmini hərəkətə keçirməkdə və xunta fəaliyyətləri təşkil edərək Sudan, Liviya və Əlcəzair kimi ölkələri öz təsirləri altına salmağa çalışırlar" deyə söyləyib.
 
BVF Bəşirin sonu oldu
 
 Öztürk belə davam edib: "Ömər əl Bəşir 2011-də ölkənin parçalanması ilə birlikdə, ölkənin neft gəlirlərindən 75 faizindən məhrum qalmış və bu da valyuta daxilolmalarında 60 faiz itkiyə səbəb olmuşdu. BVF ilə razılaşmaq məcburiyyətində qalan Beşir, BVF-nin verdiyi tövsiyələr əsasında özəlləşdirmə aparanda 80 minə yaxın adam işsiz qalıb və bu da qəzəbə səbəb olmuşdu. BVF ilə razılaşan Bəşir, Qərbin və ABŞ-ın artıq onunla yaxşı davranacağını düşünmüş, ancaq buna rəğmən ABŞ sanksiyaları bir növ qaldırmamışdır. Tam əksinə, BVF təlqini ilə keçirilən özəlləşdirmələr işsiz sayını artırmış, xalqı partlayış nöqtəsinə gətirmişdir. Bəşirin Dəməşq səfəri və Rusiya ilə yaxınlaşmasından sonra Tramp İsrail, Səudiyyə və BƏƏ vasitəsilə çevriliş təşkil edib".
Müxalifət.az