​Ukraynada büllütenlərin 90 faizindən çoxu sayılıb, Vladimir Zelenski qalibdir - YENİLƏNİB

Baxış sayı:
9559

Ukraynada büllütenlərin 90,25 faizi sayılıb və Vladimir Zelenski 73,18 fazi səs toplayıb.
“Report” “UNİAN”ya istinadən xəbər verir ki, məlumatı Ukraynanın Mərkəzi Seçkii Komissiyası yayıb.
Bildirilib ki, fəaliyyətdə olan Prezident Petro Poroşenko səslərin 24,49 faizin toplayıb.
V.Zelenski Lvov istinsa olmaqla ölkənin bütün vilayətlərində qalib gəlib. Bu vilayətdə seçiciləri 63,12 faizi P.Poroşenkoya, 34,13 faizi isə V.Zelenskiyə səs verib.
Qeyd edək ki, martın 31-də Ukraynada prezident seçkisinin birinci turu, aprelin 21-də isə ikinci turu keçirilib.

*** 07:13

Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 79,6 faizinin hesablanmasından sonra seçkilərdə qalib olub.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyаsı (MSK) məlumat yayıb.
Bildirilir ki, Vladimir Zelenski 73,07 faiz səs toplayıb. Ukrayna seçicilərinin 10,8 milyonu onun lehinə səs veriblər.
Zelenskinin əsas rəqibi, ölkənin hazırkı prezidenti Petro Poroşenkoya isə 24,59 faiz seçici (3,6 milyon seçici) səs verib. 
MSK-nın məlumatına görə, bülletenlərin 2,32 faizi etibarsız sayılıb. 

***06:07

Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 66,74 faizinin hesablanmasından sonra seçkilərdə öndədir.
Bu barədə "Report" Ukraynanın Mərkəzi Seçki Komissiyаsı (MSK) istinadən xəbər verir.
Məlumata görə, Vladimir Zelenski seçkilərdə 73,01 faiz səs toplayıb. Onun rəqibi Petro Poroşenkoya isə seçicilərin 24,65 faizi səs verib. 
Qeyd edək ki, bülletenlərin 2,32 faizi etibarsız sayılıb.   

***04:27

Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 49,57 faizinin hesablanmasından sonra seçkilərdə öndədir.
Bu barədə "Report" Ukraynanın Mərkəzi Seçki Komissiyаsına (MSK) istinadən xəbər verir. 
Qeyd edilir ki, Vladimir Zelenski seçicilərin 73 faizinin səsini toplayıb. MSK-nın nəticələrinə görə, Petro Poroşenkonu seçicilərin 24,65 faizi dəstəkləyib.  
Qeyd edək ki, bülletenlərin 2,33 faizi etibarsız sayılıb. 

***02:50

Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 31,39 faizinin hesablanmasından sonra seçkilərin nəticələrinə görə rəqibi Petro Poroşenkonu demək olar 3 dəfə qabaqlayıb.  
Bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyаsı məlumat yayıb.
Qeyd edilir ki, Zelenski 73,16 faiz seçici səsi toplayıb. Nəticələrə əsasən Poroşenkoya 24,50 faiz seçici səs verib.  

***01:29

Ukraynanın Mərkəzi Seçki Komissiyаsının onlayn-tablosunun məlumatlarına əsasən, prezident seçkiləri protokollarının 11,3 faizi hesablanıb.
Nəticələrə əsasən Vladimir Zelenski liderliyini davam etdirir.
Məlumata görə, onunla rəqibi Petro Poroşenko arasında seçici səsi fərqi bir qədər də artıb. Belə ki, Zelenski 73,09 faiz səs toplayıb. Son nəticələrə görə Poroşenkoya seçicilərin 24,58 faizi səs verib.
Qeyd edək ki, 1,61 faiz protokolların hesablanması zamanı bu rəqəm müvafiq olaraq 70,94 və 26,71 faiz idi.
Xatırladaq ki, dünən Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib./report.az