PKK terrorçubaşılarının pul və qadın davası

Baxış sayı:
12139

PKK terror təşkilatından qaçaraq təslim olan Xəlil kod adlı terrorçu, təşkilatda liderlik, mövqe davası, oğurluq hadisələrinin artdığını ifadə edərək terrorçubaşların pul və qadın üzündən bir-birinə düşdüyünü deyib.
 
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, təslim olan Xəlil kod adlı terrorçu ifadəsində təşkilatda yaşadıqlarını və şahidi olduğu hadisələri danışıb. Terror təşkilatının sözdə gənclik qurumunun üzvü olan terrorçu təşkilat mənsubu olan bir qadınla sevgili olandan sonra onun fikirlərindən təsirləndiyini və bu səbəblə təşkilata qatıldığını bildirib.
 
Dəhşətli edam üsulları
 
 Xəlil kod adlı terrorçu sonra təşkilat daxilində bu cür əlaqələrin qadağan olduğunu öyrəndiyini, ancaq təşkilata döyüşçü təmin etmək məqsədilə belə bir yol izləndiyini bildirib. Təşkilatın üst səviyyə məsullarının hər cür sapıq intim münasibətlərinə göz yumulduğunu, xüsusilə uşaq sayıla biləcək yaşdakı gənclərlə intim əlaqəyə girdiklərini söyləyən terrorçu ifadəsində, bunu qəbul etməyənlərə təcavüz edildiyini, qaçmağa çalışan uşaqların boğularaq edam edildiyini, buna baxmayaraq ölümü gözə alaraq qaçdıqlarını və qaçanların sayının gündən-günə artdığını bildirib.
 
Pul və qadın davası
 
 Təslim olan terrorçu həmçinin təşkilatda liderlik, mövqe davası, oğurluq hadisələrinin artdığını, terrorçubaşıların pul və qadın üzündən bir-birinə düşdüyünü, liderlərin qorumaları arasında da ölümə qədər götürəcək mübahisələrin, münaqişələrin yaşandığını ifadə edib.
Müxalifət.az