Almaniyadan 300 milyard avro müharibə təzminatı istəyir

Baxış sayı:
29257

Yunanıstan parlamenti İkinci Dünya Müharibəsində Nasist işğalı dövrünə yönəlik Almaniyadan müharibə təzminatı tələb edilməsinə yönəlik qərar təklifinə səs verib.
 
 Yunanıstanda Alman işğalı dövründə həyatını itirənlər və verilən zərərlərə qarşılıq hökumətin rəsmi olaraq müharibə təzminatı tələb etməsinə dair qərar layihəsi məclisdə səs çoxluğuyla qəbul edilib.
İfrat sağçı “Qızıl Şəfəq” Partiyasının deputatları isə səsvermədə qərarın əleyhinə səs verib.
Səsvermədən əvvəl çıxış edən Yunanıstanın baş naziri Aleksis Çipras, təzminatın ölkəsinin haqqı olduğunu bildirərək Berlinə məsələ ilə bağlı şifahi nota veriləcəyini deyib.
Yunanıstanın təzminat tələbini iqtisadi böhran dövründə Avropa tərəfdaşlarından aldığı kreditlərə qarşılıq bir bazarlıq məsələsi olaraq görmədiyini qeyd edən Çipras, "Almaniyadan müharibə təzminatı tələbi tarixi və əxlaqi borcumuzdur" deyib.
 
TƏZMİNAT MÜBAHİSƏLƏRİ
 
 Yunanıstan Məclisinin Nasist işğalı dövründə həyatını itirənlər və zərərlərin təsbitinə yönəlmiş yaratdığı komissiyanın 2016-da tamamladığı hesabat ötən oktyabr ayında dərc olunmuşdu.
Buna görə, Yunanıstan həlak olanların yaxınlarına təzminat, verilən maddi zərər və Mərkəz Bankından Nasistlər tərəfindən zorla alınan faizsiz işğal krediti üçün Almaniyadan təxminən 300 milyard avro tələb edir. Bundan başqa, işğal dövründə ölkədən aparılan tarixi əsərləri də geri istəyir.
Alman tərəfi isə 1960-da 115 milyon Alman markası ödəniş edildiyini bildirərək üzərindən 70 ildən çox vaxt keçən müharibə üçün yeni təzminat ödəməyi rədd edir.
Alman hökumətinin sözçüsü Steffen Seibert səsvermədən əvvəl verdiyi açıqlamada, ölkəsinin məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini, məsələnin hüquqi və siyasi baxımdan bağlandığını dilə gətirmişdi.
Müxalifət.az