İmamoğlunun sədrlik vəsiqəsini almasına - Sərt münasibət
17-04-2019 21:34
Baxış sayı:
6799

Sədrlik vəsiqəsini sənə versələr də, o kresloda heç vaxt qanuni başqan ola bilməyəcəksən.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin "Yeni Şəfəq" qəzetinin baş redaktoru İbrahim Qaragül bildirib.
"Bir şəbəkənin oğurluğu ilə kresloya oturan adam olacaqsan. İstanbul əsla səni oraya daşıyanlara verilməyəcək. 1453-cü ildə başlayan yürüş davam edəcək", - Qaragül söyləyib.
Qeyd edək ki, bu gün Əkrəm İmamoğlu İstanbul böyükşəhər bələdiyyəsinin sədrlik vəsiqəsini alıb.