Ağdamda DƏHŞƏTLİ HADİSƏ: Qadın 10 aylıq qızını boğaraq öldürdü
16-04-2019 11:51
Baxış sayı:
13237
Ağdamda ana qızını qətlə yetirib.
ONA-nın xəbərinə görə, rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərruatları araşdırılır.