Rusiyada məktəbdən 600 nəfər təxliyyə olundu - Bomba təhlükəsi
15-04-2019 16:00
Baxış sayı:
13888
Rusiyanın Yekaterinburq şəhərində orta məktəb anonim zəngdən sonra təxliyyə olunub.
Trend-in məlumatına görə, məktəbdə bomba yerləşdirilməsi xəbərdarlığından sonra 32 müəllim və 568 şagird binadan çıxarılıb.
Aparılan axtarışlardan sonra zəngin əsassız olduğu müəyyən edilib.
Hazırda anonim zənglə bağlı araşdırrmalar aparılır.