Qobuda dəhşətli qəza - Ölən və yaralanan var
15-04-2019 11:16
Baxış sayı:
12043
Abşeron rayonunda ağır yol qəzası baş verib.
Qobu qəsəbəsi ərazisində "Vaz 2107" və "Mercedes" markalı iki minik avtomobili toqquşub.
Nəticədə "Vaz 2107"də olan 50 yaşlı kişi ölüb. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./Publika