Azərbaycanlı Ukrayna sərhədçilərini ələ ala bilmədi
15-04-2019 07:05
Baxış sayı:
11284
Kiyevin “Borispol” hava limanının keçid məntəqəsində Azərbaycan vətəndaşı sərhədi keçmək üçün sərhədçilərə rüşvət verməyə cəhd edib.
Virtualaz.org bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi xəbər yayıb.
Məlumata görə, İstanbul reysi ilə gələn Azərbaycan vətəndaşı sərhədçilərlə 300 dollara "anlaşmağa" çalışıb. Amma onun bu cəhdi baş tutmayıb. Sərhədçilərin müraciətindən sonra işə hüquq-mühafizə orqanlarının əməkdaşları qarışıblar.