Sudan xalqı fövqəladə hal rejimini tanımadı – Minlərlə sudanlı mülki keçid hökuməti tələb edir

Baxış sayı:
8821

Prezident Ömər əl-Bəşiri devirən hərbçilərin Sudanda fövqəladə hal rejimi elan etməsinə baxmayaraq, qərarı tanımayan minlərlə sudanlı paytaxt Hartumun küçələrinə çıxıb.

Muxalifet.az avropa.info-a ys istinadən xəbər verir ki, etirazçılar müdafiə naziri və Hərbi Şuranın sədri Avad bin Əvf və Ömər əl-Bəşir rejimində vəzifə tutan şəxslərin istefasını, mülki keçid hökumətinin qurulmasını tələb ediblər.

Müxalif Sudan Həmkarlar Təşkilatları (SPA) xalqa çağırış edərək keçəyə çıxmaq qadağasını pozmağa çağırmışdı. SPA ölkə miqyasında kütləvi yürüşlərin keçirilməsi, hərbi idarələr qarşısında oturma aksiyaların keçirilməsi, tətil və mağazaların bağlanması aksiyalarının keçirilməsini istəmişdi. Açıqlamada deyilir:

“Bu böyük xalqın azadlığı qadağan edilə bilməz, məhdudlaşdırıla bilməz. Küçəyə çıxmaq qadağasını pozaq və işləri yoluna qoyaq. Rejim bəzi inqilabçıları bir müddətlik həbs edə bilər, ancaq bütün xalqı həbs etməyə, azadlıq və fəaliyyətləri qadağan etməyə gücləri çatmaz. Rejim tamamilə devrilmədən və idarəetmə mülki hökumətə ötürülmədən bir addım belə geri dönmək yoxdur. Şəhidlərimizin haqqı alınmayınca küçələri tərk etməyəcəyik”.

Sudan ordusu əhalinin üç ay ərzində 22:00-dan 04:00-a qədər küçəyə çıxmamasını, silahlı qüvvələr ictimai asayişə riayət edənədək bu qərara əməl etmələrini tələb etmişdi.