“BAKÜ’NÜN FETHİ” TRT DİZİSİ OLMALI

Baxış sayı:
13648

Türkün şanlı tarixinə qanlarıyla zəfərlər yazan, Türk İslam ülküsünü uca tutan, qəlbindəki Allah eşqi  və vətən sevgisiylə düşmənləri Türkün toprağında barındırmayan qəhrəmanlarımız hər zaman bizim qürur qaynağımız olmuşdur.
Fatih Sultan Mehmet Han Gaziyə aid edilən “Türk olmaq  zordur, çünki dünya ilə savaşırsan, Türk olmamaq daha zordur, çünki Türk ilə savaşırsan.” sözü, əslində tariximizin özüdür diyə bilərik.
Bir tək Türk ulusudur ki, əsla sömürgəçilik və faşistlik kimi bir qara ləkəni tarixinin səhifəsinə yazmamışdır. Türkün əli əsla məsumun -günahsızın  qanına bulaşmamışdır. Bugün əgər tariximizlə qurur duyuruqsa, bunu əsil – soylu atalarımızın qəlblərindəki Allah eşqinə  ve vətən  sevgisinə borcluyuq. Məhz  bu eşqin və sevginin gücüylə atalarımız xain düşmanı yenmişlərdir və zəfərlər qazanmışlardır.
Prof. Dr Tufan Gündüz bəyin söylədiyi kimi; “Türk, bəklənəndir”. Bəli, Türkün tarix boyu hər zaman  yolu ümidlə   gözlənilmiş-bəklənmişdir. Türk, zalımın zulmündən qurtulmayı gözləyən  məzlumun və zorda, darda olan ümmətin (müsəlmanların)  gözlədiyidir. Nə zaman ki, Türk’ün şanlı tuğu və bayrağı bir səmada dalğalanırsa, orada huzur,sülh vardır deməkdir. Çünki Türk vəfalıdır, cəfakeşdir, məzlumun yanında və zalımın qarşısındadır.
Azərbaycan Türkü şair Əhməd Cavad Qafqaz, Türk İslam ordusunun zəfərinə armağan etdiyi “Çırpınırdın Qara dəniz” şeirinde Türk’ün vəfasından bu misralarında  bəhs etmişdir:
Çırpınırdın Qara dəniz,
Baxıb Türkün bayrağına!
«Ah!..» deyərdin, heç ölməzdim
Düşə   bilsəm ayağına!
Ayrı düşmüş dost əlindən,
İllər var ki, çarpar sinən!..
Vefalıdır gəldi-gidən,
Yol ver Türkün bayrağına…

Bu sözlərimi oxuyunca əsla mənim soyuma olan sevgimdən çox abartdığımı düşünməyiniz. Bu gərçəyin özü və tarixin səhifələrində yaşanan və yazılanlardır.
Əslİndə bu məqaləni qələmə almamın bir səbəbi vardır. Bu yaxınlarda son bölümü yayınlanan, İraqda olsa da könlümüzdən iraqda olmayan  ƏL-Kut’daki qutlu Türk zəfərindən və ordaki Türk ordusnun qəhrəmanlıqlarında bizlərə bəhs edən TRT dizisi (serial ruscadır) “Kutlu Zafer” vəya ilk adıyla  Mehmetçik Kut’ül Amare’yi izlərkən bu məqaləni  yazmaq  qərarına gəldim.
Öncəliklə “Diriliş Ertuğrul”, “Kutlu Zafer” kimi tariximizlə əlaqəli  belə gözəl diziler yapıp yayınlayan TRT’ye özellikle teşekkür ederim. Bu diziler (serial rusca) sayəsində yeni nəsil Türk gənçliyinin tariximizə marağı artır, özünü tanıyır və zəfərlərimizlə qürur duyurlar.
 Mən bu məqaləmdə TRT’yə səslənirəm ve bir Azərbaycanlı Oğuz Türk qızı olaraq Azərbaycan Türkləri və Anadolu Türklərinin ortaq zəfəri olan “Kutlu Zafer Bakü” isimli bir dizi (serial rusca) çəkilməsini rica edirəm.  Çünki  1918 –ci ildə  qazanılan bu şanlı zəfərin dünyada geniş kütlələr tərəfindən duyulması, qədim Türk şəhəri Bakını Türk yurdu Azərbaycandan qoparmaya çalışan düşmandan qurtuluşunun və QafqaZ Türk İslam Ordusunun qəhramanlığının anlatılması baxımından belə bir dizinin ( serial rusca) çəkilməsi, önəmlidir və gərəklidir.
 
 
Bu gün 1990-cu ildə  tarixi  Türk şəhəri Bakının ikinci dəfə düşmandan qurtuluşu uğrunda şəhit olmuş Azərbaycan Türkü qandaşları və candaşlarıyla Bakının qoynunda eyni şəhitlikde yatan Qafqaz Türk İslam ordusunun birəyləri, Anadolu Türkü ər oğlu ər qandaşlarımızın və soydaşlarımızın dəstəyi və  yardımı ilə qazandığımız bu zəfər, çox önəmli və dəyərlidir.
 
 
Bu şanlı zəfər, Azərbaycan Türkləriylə, Türkiyə-Anadolu Türklərinin qardaşlığının ən gözəl örnəyi və ən güçlü sübutudur. Əgər bu şanlı Ordu Bakıya dəstəyə gəlməsəydi olacaqları, Azərbaycan Türkü şairimiz Əhməd Cavad bu misralarında çox gözəl bəhs etmişdir:
Şu qarşıkı duman çıxan bacadan
Sən gəlmədən iniltilər çıxardı.
Geciksəydin məzlumların fəryadı
Yeri, göyü, kâinatı yaxardı!

Ortaq Türk tariximiz üçün bu qədər önəmli qutlu zəfərin və vefa dolu qardaşliq dəstanının, “Kutlu Zafer Bakü” isimli bir TRT dizisində mövzu edilməsi və yayınlanmasının çox gərəkli olduğunu düşünür və rica edirik.
 
Aynur TALIBLI,
Tarih ve Medeniyet Araştırmaçısı
İstanbul 2019