Sudanda xaos: hərbçilərlə təhlükəsizlik qüvvələri toqquşdu

Baxış sayı:
3529

Sudanın paytaxtı Xartumda hərbçilər və təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Sudan Tribun” məlumat yayıb.
Belə ki, Baş Qərargah binasına gələn Milli Təhlükəsizlik Qüvvələrinin və kəşfiyyatın əməkdaşları etirazçıları oradan çıxarmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Bu zaman ordu qüvvələri təhlükəsizlik qüvvələrinə atəş açıb və bundan sonra toqquşma yaşanıb.
Hadisə zamanı bir neçə hərbçi ciddi xəsarət alıb, onlardan birinin vəziyyəti olduqca ağırdır.