Misirdə ilk atom elektrik stansiyası: Rəsmən təsdiqləndi

Baxış sayı:
3862

Misirdə ilk atom elektrik stansiyanın (AES) tikintisi üçün təklif olunan yer rəsmi qaydada bəyənilib.
Muxalifet.az xəbər verir ki, ölkənin Əl-Dabaa rayonunda tikilməsi nəzərdə tutulan birinci AES üçün ayrılan yer artıq nüvə və radiasiya nəzarəti idarəsinin yoxlamasından keçib. Nəticədə stansiyanın inşasına dair lisenziyaların alınması üçün lazımi prosedurlara başlanılacaq.
Məlumatda qeyd olunub ki, ərazinin Misirin və MAQATE-nin tələblərinə uyğun olduğu təsdiqlənib.
Misirdə Rusiyanın iştirakı ilə inşa ediləcək AES hər biri 1200 MVt gücündə dörd enerji blokundan ibarət olacaq. Stansiyanın birinci enerji blokunun 2026-cı ildə istifadəyə veriləcəyi gözlənilir.