Netanyahu bölgəni yanğına çevirəcək

Baxış sayı:
2800

ABŞ və Körfəzdəki ərəb ölkələrinin dəstəyini alan İsrailin baş naziri Netanyahu bölgəni yanğına çevirəcək addımlatır atır. Netanyahu 9 aprel seçkilərində qalib gəldiyi təqdirdə, Qərbi Şeriadakı qeyri-qanuni yəhudi məskunlaşmalarını "İsrailə ilhaq" edəcəyini bildirib.
 
Amerikanın Qüds və Golan qərarlarından cəsarətlənən İsrail, bu dəfə "Müstəqil Fələstin İsrailə təhdiddir" tezisini ortaya atıb. İki dövlətli plana qarşı çıxan İsrailin baş naziri Binyamin Netanyahu Qərbi Şeriadakı qeyri-qanuni məskunlaşma yerlərinin ilhaqına davam edəcəklərini açıqlayıb. Netanyahunun qalmaqal açıqlamasına Türkiyədən böyük təpki verilib.
Türkiyə prezidentinin müavini Oqtay “Biz oldu bitdilərə dözməyəcəyik" deyə təpki verib. Türkiyənin xarici işlər naziri Çavuşoğlu isə Qərbi Şeriyanın Fələstin torpaqları olduğunu və Netanyahunun məsuliyyətsiz açıqlamalarının bu gerçəyi dəyişdirməyəcəyini ifadə edib.
Müxalifət.az