Yeni ilin ilk günü hava necə olacaq? - PROQNOZ

2019-cu il 1 yanvarda gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5°, gündüz 7-9° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcək.