Varşavada müsəlman mərkəzi DAŞA BASILDI
27-11-2017 15:35
Polşanın paytaxtı Varşavada naməlum şəxslər İslam mədəniyyəti mərkəzini daşa basıb.
Muxalifət.az xəbər verir ki, polis hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.
Gecə saatlarında baş verən daş hücumu zamanı binanın şüşələri sındırılıb, mərkəzin əmlakına ziyan dəyib.
Hazırda polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Mərkəzin əməkdaşları əvvəllər dəfələrlə təhdidlər aldıqlarını bildiriblər./trend/