ABŞ-da daha bir TERROR?

ABŞ-ın Colorado əyalətində bir supermarketdə silahla atəş açılması nəticəsində ən azı iki nəfər həlak olub, bir nəfər yaralanıb.
 
ABŞ-ın Colorado əyalətinə bağlı Thornton şəhərində bir supermarketdə açılan atəş nəticəsində ən azı iki nəfərin həyatını itirdiyi, bir adamın yaralandığı bildirildi.
 Thornton Polis Departamentinin sosial media hesabından verilən məlumata görə, şəhərdə ölkənin ən böyük supermarketlər zəncirindən birinə məxsus mağazada silahla atəş açılıb.
Bölgə təhlükəsizlik tədbirləri alaraq vətəndaşları hadisə yerindən uzaqlaşdıran polis, təcavüzkarın "aktiv" halda olmadığını bildirib.
Thornton polisi, hadisə şahidlərini məlumat vermək üçün supermarket avtomobil dayanacağındakı briqadalarla əlaqəyə keçmələrini istəyib.
 Denverə təxminən 20 kilometr uzaqlığındakı Thorntonda təxminən 136 min adam yaşayır.
 Qeyd edək ki, ABŞ-da dünən də bir hücum baş vermişdi. Nyu York şəhərində təcavüzkar avtomobilini velosiped yoluna sürmüş, daha sonra  enərək ətrafdakı insanlara atəş açması nəticəsində 8 nəfər həyatını itirmiş, 13 nəfər də yaralanmışdı.
Müxalifət.az