“Qarabağ”lılar səfirlik önündə aksiya keçirdi - VIDEO

Dünən “Qarabağ” klubunun azarkeşləri Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçirib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, etiraza səbəb Fransa səfirliyinin İspaniyada keçirələcək “Atletiko Madrid” – “Qarabağ” oyunu üçün azarkeşlərə viza verməkdən imtina etməsi olub.
Səfirlik nümayəndəsi etirazçıların qarşısına çıxmayıb və hər hansı izahat da verməyib.
Daha sonra azarkeşlər problemin həlli üçün Xarici İşlər Nazirliyinə üz tutublar. Lakin XİN-dən problemin həlli üçün səfirliyə müraciət etmək tövsiyə edilib. Beləliklə, azarkeşlərin “Atletiko Madrid” – “Qarabağ” oyununda iştirak etmək arzusu ürəklərində qalıb.
Qeyd edək ki, bu hal ilk dəfə deyil. Bundan öncəki “Kopenhagen” – “Qarabağ” oyununda da Norveç səfirliyi komandasını dəstəkləmək üçün getmək istəyən azarkeşlərə viza verməmişdi. Lakin səfirin şəxsən özü azarkeşlərlə görüşüb səbəbi açıq şəkildə onlara izah etmişdi.