İrandan Əhmədinejat haqqında şok qərar... 3,5 MİLYARD DOLLAR CƏRİMƏ

İran Dövlət Nəzarət Şurasının İranın sabiq prezidenti Mahmud Əhmədinejat barəsində 2009-cu ildə neft gəlirlərindəki kəsirlər səbəbindən 3,5 milyard dollara qədər zərəri tələf eləmək qərarı verdiyi aşkar olub.
İran Məclisinin xəbər agentliyinin xəbərinə görə, Ərhmədinejat prezident olduğu 9 və 10-cu hökumətlər dövründə neft məhsulları idxalındakı zərərlərə və neft gəlirlərindən xəzinəyə pul keçirdiyi ittihamı ilə 3,5 milyard dollara qədər zərəri ödəməyə məhkum edilib.
Hurriyyet.org xəbər verir ki, İran Məclisi Plan və Büdcə komissiyasının rəhbəri Qulamrıza Tacgerdunun da İCANA-ya verdiyi açıqlamada məsələ ilə bağlı dosyaların araşdırılmağa başladığını və Dövlət Nəzarəti İdarəsi prokuoroluğundan verilən məlumatlar əsasında zərərin təzmin edilməsi qərarının ictimaiyyətə açıqlandığını bildirib.
Tasgerdun İran Milli Neft Şİrkətinin dövrün prezidentinin əmri ilə qanuna zidd şəkildə neft məhsulları idxal etdiyini və şirkət gəlirlərindən xəzinənin hesabına pul keçirildiyi ittihamı ilə Əhmədinejatın 3,5 milyard dollar məbləğindəki pulu qaytarmağa məhkum edildiyini bildirib.