KƏRKÜK AZAD EDİLDİ - ƏHALİ BAYRAM EDİR - VİDEO

İraqın hökumət qüvvələri soydaşlarımızın sıx yaşadığı Kərkük şəhərinin mərkəzinə çatıb, Bərzaninin Peşmərgələri tamamilə geri çəkiliblər. Hurriyyet.org xəbər verir ki, Kərkükdəki valilik binası silah açılmadan hökumətə təslim olub və İraq hərbçiləri binadakı kürd bayrağını endirib. Şəhərdə hava limanı, böyük neft yataqları, neft və qaz şirkətləri, sənaye bölgəsi, K1 və Jeyvan hərbi bazaları separatçıların əlindən alınıb.
İraq hərbçiləri Tuzhurmatu türkmən rayonunda da nəzarəti tamamilə ələ alıb.