Tovuzda 17 yaşlı oğlanı ilan VURUB
29-07-2017 22:12

Zərərçəkmişin vəziyyəti ağırdır
Tovuz rayonunda yerli sakini ilan sancıb.
Hadisə rayonun Yoxarı Öysüzlü kəndində baş verib.
Kənd sakini, 2000-ci il təvəllüdlü Arzuman Cəfərovu yaşadığı evin həyətyanı sahəsində ilan sancıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.