60 yaşlı kişini GÜLLƏLƏDİLƏR - BAKIDA

Silahlı insident Xətai rayonunda baş verib
 
Bakının Xətai rayonu ərazisində silahlı insident olub.
1957-ci il təvəllüdlü Rüstəmov Vidadi Mahmud oğlu Naximov küçəsi, ev 14 ünvanında güllələnib.
O, sol bud nahiyəsindən güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.