Türkiyədə Milli Təhlükəsizlik toplantısı – ƏRDOĞAN SƏDRLİK EDƏCƏK

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.
 
Toplantının əsas müzakirə mövzusu fövqəladə vəziyyət olacaq.
Şuranın toplantısında müzakirə ediləcək digər bir mühüm məsələ isə terrorla mübarizə məsələsidir.
Ölkənin cənub-şərqində davam edən əməliyyatlar, İraq və Suriyadakı hadisələr də müzakirə ediləcək mövzular arasında olacaq.
Qeyd edək ki, Ərdoğan 19 iyulda başa çatacaq fövqəladə vəziyyət rejiminin 4-cü dəfə uzadılacağını və bunun Milli Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacağını açıqlamışdı.