"Rusiya-ABŞ razılaşması qaçılmazdır" - PİONTOVSKİ
26-06-2017 12:12

Moskva və Vaşinqton arasında böyük razılaşma qaçılmazdır.
Bunu Rusiya mətbuatına açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib.
“Amerika elitasının buna münasibətinin necə olacağını söyləmək çətindir. Bu razılaşma utancverici Molotov-Ribbentrop paktına bənzəyəcək. Həm Avropada, həm də Amerikada bu razılaşmadan min dəfə peşman olacaqlar. Moskvanı bu razılaşma o dərəcədə gücləndirəcək ki, biz birqütblü dünyanın bitməsindən və bütün Şərqi Avropa demokratiyaları üçün bədbəxtliyindən danışacağıq.
Rusiyasız Amerika Suriyada da qalib gələ bilməyəcək. Amerikalılar Şayratı bombardman edirlər, Suriya təyyarəsini vururlar, amma heç bir taktiki hədəflərini reallaşdıra bilmirlər” – deyə o bildirib.