Ölkədən qaçan MTN əməkdaşı kimdir?

Keçmiş MTN əməkdaşlarının məhkəmə prosesində diqqəti cəlb edən məqamlardan biri də bu oldu ki, bu təşkilatın bəzi əməkdaşları ölkəni tərk edə biliblər.
Belə ki, MTN əməkdaşı Ayaz Gərayzadənin ölkədən qaçdığı aydınlaşıb. Müxalifət.az 10may.az saytına istinadən xəbər verir ki, Ayaz Gərayzadə keçmiş nazir Eldar Mahmudova yaxınlığı ilə seçilib və onun maliyyə işlərinə nəzarət edənlərdən biri olub. Elə buna görə də o, “Texnikabank”ın təhlükəsizlik xidmətinin rəhbəri olub.Aldığımız məlumatda bu da bildirilir ki, Ayaz Gərayzadənin əsas işlərindən biri də imkanlı biznesmenləri aşkarlamaq və MTN bandasının üzvləridən olan “Akula Akif”lə birlikdə şantaj edərək MTN-in girovuna çevirmək olub. Aydınlaşan budur ki, Ayaz Gərayzadə kifayət qədər məlumatlı bir şəxs olub və onun qaçışı təsadüf olmayıb. Bu işdə görünür Eldar Mahmudovun da ciddi rolu olub və heç kim təminat verə bilməz ki, Ayaz Gərayzadə ölkəni tərk edərkən özüylə hanısa sənədləri aparmayıb.